Binəqədi-Novxanı yolunda təmir yekunlaşır
22 may 2017 10:17 (UTC +04:00)

Binəqədi-Novxanı yolunda təmir yekunlaşır

 

 

14 km uzunluğunda olan Binəqədi-Novxanı-Corat avtomobil avtomobil yolunun 6.5 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri artıq yekunlaşıb.

 

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lentaz-a verilən məlumata görə, ümumilikdə yolun sözügedən hissəsinin 80 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. 

 

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsindən keçən 1.2 km-lik hissəsində 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri aparılır. İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərdə yol yatağının bərkitmə işləri aparılır.  Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

        

Layihə çərçivəsində yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. 

 

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılacaq, 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

# 126
avatar

Oxşar yazılar