Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu
24 may 2017 00:21 (UTC +04:00)

Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu

0

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.

 

Lent.az-ın cənub bürosunun verdiyi məlumata görə,  xəstəxananın baş həkimi Rövşən Pənahov bir neçə gündür işdən azad olunub.

 

Xəstəxanadan verilən məlumata görə, R. Pənahov vəzifəsindən öz ərizəsi əsasında  uzaqlaşdırılıb. Səbəb səhhətində yaranan problemlər olduğu bildirilir. Artıq xəstəxanaya yeni baş həkimin təyin olunduğu da bildirilir. 

 

Qeyd edək  ki, Rövən Pənahov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. O, bu təyinatadək Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasının müdiri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar