Bəzi rayonlarda yağış yağacaq - YENİLƏNİB
01 iyul 2014 13:38 (UTC +04:00)

Bəzi rayonlarda yağış yağacaq - YENİLƏNİB

İyulun 2-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz cənub-şərq küləyinin əsəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcəyədək isti olacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

 

Azərbaycanın rayonlarına gəlincə, sabah bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar