Beynəlxalq Yer günü keçirildi
16 aprel 2013 18:16 (UTC +04:00)

Beynəlxalq Yer günü keçirildi

Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri  Yasamaldakı 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Beynəlxalq Yer Günü XIX əsrin 40-cı illərindən keçirilsə də, tədricən beynəlxalq xarakter alaraq hazırda 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar