Beynəlxalq təşkilatların rəhbərləri ölkəmizə gəlir
15 aprel 2013 11:18 (UTC +04:00)

Beynəlxalq təşkilatların rəhbərləri ölkəmizə gəlir

Sabah Bakıda “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ərəb Ölkələri Təşkilatının (ARABOSAI) IV birgə Beynəlxalq Konfransı keçiriləcək. Lent. az-ın məlumatına görə, Hesablama Palatasının təşkilatçılığı ilə keçiriləcək tədbir aprelin 18-dək davam edəcək.


Bu beynəlxalq tədbirdə müxtəlif ölkə Ali Audit Qurumlarını (AAQ) özündə birləşdirən 5 beynəlxalq və regional təşkilatın yüksək səviyyədə təmsil olunması, 44 ölkədən 100-dən çox nümayəndənin, o cümlədən 27 ölkə AAQ-nın birinci şəxs səviyyəsində iştirakı, həmçinin EUROSAI və ARABOSAI təşkilatlarının prezident və baş katibləri ilə yanaşı, AFROSAI (Ali Audit Qurumlarının Afrika Təşkilatı) təşkilatının baş katibinin iştirak etməsi konfransın yüksək statusunu və əhəmiyyətindən xəbər verir.

Dünya ictimaiyyətinin kənar dövlət maliyyə nəzarətinin rolu və əhəmiyyətinə xüsusi diqqətinin təcəssümü kimi BMT-nin Baş Assambleyası tərəfindən BMT tarixində ilk dəfə olaraq “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” Qətnamə qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar