Beynəlxalq müsabiqələrin qaliblərinə güzəşt olunacaq
20 may 2013 12:09 (UTC +04:00)

Beynəlxalq müsabiqələrin qaliblərinə güzəşt olunacaq

TQDK dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. Qurumdan Lent. az-a verilən məlumata görə, “Təhsil haqqında” qanuna əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər tələb olunan sənədləri (ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının sürəti və eyni zamanda, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti) mayın 21-dək komissiyaya və ya TQDK-nın regional bölməsinə təqdim etməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.

# 499

Oxşar yazılar