Bələdiyyə sədri 3000 manat cərimələndi
10 may 2018 14:21 (UTC +04:00)

Bələdiyyə sədri 3000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

 

Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

 

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Yasəmən Bağırova

Oxşar yazılar