Bayram günlərində Bakıda avtobusların sayı artırılacaq
26 dekabr 2014 13:54 (UTC +04:00)

Bayram günlərində Bakıda avtobusların sayı artırılacaq

0

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Bakıda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri gecə saatlarına qədər işləyəcək.

 

Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov məlumat verib.

 

Ə. Cəfərov deyib ki, ictimai nəqliyyat vasitələri gecə saat 01:00-dək işləyəcək.

 

“Əsasən əhalinin sıxlığı olacaq yerlərdə nəqliyyat vasitələrinin sayı artırılacaq. Tam tələbatı yerinə yetirmək üçün ehtiyatda nəqliyyat vasitələri mövcuddur”, - deyə Ə. Cəfərov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar