“Azərbaycanda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı son dərəcə fərəhli bir hadisədir. Bu yalnız kitabın deyil, bütövlükdə Azərbaycan mədəniyyətin, ictimai fikrinin, elminin, incəsənətinin bayramıdır”. Lent.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Elçin Əfəndiyev deyib. O bildirib ki, hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin də əsasında kitab dayanır. Nazir qeyd edib ki, kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir və əgər kitab olmasaydı, elmlərin də inkişafı olmazdı.
E. Əfəndiyev qeyd edib ki, əslində kitab hər zaman insanla birlikdə olub: “Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz, ibtidai insanın bizə yadigar qoyduğu kitablardır. Hər zaman kitab bu və ya digər formada insanla birgə olub. Heydər Əliyev vaxtilə nəşriyyatlar haqqında fərman imzalayıb və bununla da bütün nəşriyyatlardan lisenziyalar götürülüb. Ondan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar. Hazırda prezident İlham Əliyevin sərəncamı ilə minlərlə kitab çap olunur və kitabxanalara paylanılır. Hesab edirəm ki, kitaba bu hörmət xalqa hörmətin təzahürüdür”.
Baş nazirin müavini: “Kitaba hörmət xalqa hörmətin təzahürüdür”
592