“Hazırda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasindan 2 dərəcə yüksəkdir”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində isti hava şəraiti davam edəcək. Lakin ölkə ərazisində yaxın günlərdə anomal isti gözlənilmir.