Ali Neft Məktəbinin tələbələri mükafatlandırıldı
02 fevral 2015 18:16 (UTC +04:00)

Ali Neft Məktəbinin tələbələri mükafatlandırıldı

Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral “Gənclər günü” münasibəti ilə tədbir keçirilib. Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, BANM-nin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir.  İstedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir.

Rektor rəhbərlik etdiyi Ali Məktəbin fəaliyyətindən, bu müddət ərzində əldə olunan nailiyyətlərdən bəhs edib. Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından  iştirak edən tələbə gənclərin mükafatlandırılması mərasimi olub.  Tədris ili ərzində fəallıq göstərən tələbələr, BANM-də keçirilən müxtəlif daxili intellektual və əyləncəli  turnirlərin, III Elmi texniki konfransın, Şahmat turnirinin, o cümlədən təlim kurslarının, həmçinin müxtəlif daxili müsabiqələrin, respublika üzrə keçirilən bir sıra çempionatlarda fəal iştirak etmiş komandaların üzvləri həvəsləndirici diplomlarla, sertifikatlarla və hədiyyələrlə təltif olunublar.  Bakı Ali Neft Məktəbinin 21 tələbəsi idman, 30 tələbəsi elm sahəsində, 241 tələbə isə ictimai-təşkilati işlərdə göstərdikləri fəalliyyətə görə mükafatlandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar