Balakən və Zaqatala rayonlarında məktəb və bağça istifadəyə verildi
30 oktyabr 2013 21:22 (UTC +04:00)

Balakən və Zaqatala rayonlarında məktəb və bağça istifadəyə verildi

Balakən və Zaqatala rayonlarında Fövqaladə Hallar Nazirliyi (FHN) tərəfindən inşa  olunmuş sosial obyektlər istifadəyə verilib.

 

Balakən rayonunda müasir  standartlara uyğun inşa olunmuş Katex kənd 1 saylı Körpələr evi - uşaq  bağçasının, Zaqatalada isə Göyəm kənd tam orta məktəbinin açılışı olub. Sözügedən bağça ötən ilin mayında baş vermiş təbii fəlakət nəticəsində dağılaraq yararsız vəziyyətə  düşüb. FHN tərəfindən tikilən 80  yerlik  ikimərtəbəli bağça lazımi  avadanlıqlarla  təhciz  olunub. Hazırda bağçada 35 uşaq tərbiyə alır ki, onların təlim tərbiyyəsi ilə 13 müəllim və tərbiyəçi məşğuldur.

 

APA TV-nin xəbərinə görə, rayonda qəzalı vəziyyətə düşən daha  4  bağça  FHN  tərəfindən  yaxın vaxtlarda yenidən inşa olunacaq.

 

Zəlzələ nəticəsində  qəzalı  vəziyyətə  düşən  və  Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən daha bir təhsil ocağı Zaqatalada müəllim və şagirdlərin  istifadəsinə verilib. Göyəm kəndindəki ikimərtəbəli məktəb binasının fənn kabinələri, komputer otağı, labaratoriya  otaqları, akt  və  idman  zalları, kitabxanası, tibb otağı var. Məktəb müasir istilik  sistemi  ilə  də  təhciz  olunub. Məktəbin  açılış  mərasimində Fövqəladə Hallar Nazirliyi nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi iştirak  edib.

 

Yaxın vaxtlarda rayonda daha 4  məktəb müəllim və şagirdlərin istifadəsinə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172
avatar

Oxşar yazılar