<b>Balaca Hüseynin köməyinizə ehtiyacı var</b> - <span style="color:red;">YARDIM
10 fevral 2017 12:17 (UTC +04:00)

Balaca Hüseynin köməyinizə ehtiyacı var - YARDIM

 

Avqustda Hüseyn Məmmədov 4 yaşını tamamlayacaq. Onun sol ayağı ətrafında anadangəlmə inkişaf qüsuru var. Sol ayaq sağ ayaqdan qısadır. Aradakı fərqi bərpa etmək üçün Hüseyn protez taxır. Bu barədə Lent.az-a Hüseynin anası Lamiyə Məmmədova məlumat verib.

 

Onun sözlərinə görə, 4 əməliyyatdan sonra oğlunun ayağındakı bu qüsur aradan qalxacaq: “Hüseyn bizim ilk övladımızdı. Yeddi il sonra olub. 6 aylıq hamilə ikən Ultra Səs Müayinəsi zamanı həkimlər uşağın bir ayağının olmadığını və hamiləliyi dərhal sonlandırmağım üçün təkid etdilər. Həyat yoldaşıma dedim, “nə olursa, olsun, onu dünyaya gətirəcəm. Bir ayağına görə onu öldürməyəcəm. Mən istədim, Allah da verdi!”. O da mənimlə razılaşdı. Doğuma gedəndə məni təkrar USM elədilər. Elə bildilər, xəbərim yoxu. Dedim, bilirəm. Oğlum doğuldu. Həkimlər məəttəl qalmışdılar, Hüseynin hər iki ayağı vardı, sadəcə sol sağdan bir qədər qısa idi. Sevincimizin həddi-hüququ yox idi. 10 günlüyündən müalicəyə başladıq: masaj, fizioterapiya, parafin, cərəyan, duz vannası, iynə terapiya və s. İrana qədər aparmışıq. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda işləyən Etimad həkim bizi Qusar Rayon Mərkəzi Xəstəxanasında işləyən cərrah Murad həkimə yönləndirdi. Murad həkim Hüseyni müayinə etdikdən sonra “4 əməliyyatdan sonra ayağının düzələcəyini”, dedi. İlk əməliyyat bu il, sonuncu əməliyyat isə 17 yaşında olacaq”.

 

Bu günə qədər ki, müalicələri ailə öz büdcəsi hesabına edib: “Qızıllarımı, cehizimi satdım. Artıq evdə satılacaq əşyamız qalmayıb. İlk əməliyyat mayda olmalıdı. Yoldaşım fəhlə işləyir. Ancaq boğazımıza çatdırır. Hüseyndən sonra qızımız da oldu. Əməliyyat üçün 2 min manat lazımdır. Maddi vəziyyətimiz aşağıdır. İndiyə kimi kimsədən kömək istəməmişəm, amma indi məcburam. Xeyirxah insanlara üz tutub, oğluma yadım etmələrini xahiş edirəm. Balamın qaçmağını, futbol oynamağını görmək istəyirəm”.

 

Lamiyə oğlu ilə bağlı xəyallarının böyük olduğunu deyir. Gəlin, bu xəyalları reallaşdırmaqda ona kömək olaq. 

 

Hüseyn Məmmədovun bank hesabı:

BANK RESPUBLIKA

AZE 13632009

380194403253869401

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar