“Qafqazinfo”nun xəzərxəbər-ə istinadən məlumatına görə, çünki ipoteka məbləği 50 mindən 100 min manata yüksəldiləcək. İpoteka üçün tələb olunan əməkhaqqı miqdarı da aşağı salınıb.
Dövlət başçısının İpotekaya 200 milyon manat vəsaitin ayrılması ilə bağlı tapşırığından sonra Mərkəzi Bank hərəkətə keçdi. Mərkəzi Bank sədrinin verdiyi açıqlamaya görə hazırki həm sosial, həm də kommersiya ipoteka məbləği 2 dəfə artırılacaq. Bəs bu dəyişiklik nələrə səbəb olacaq?
Yəni bu vəsaitlə 5 min ailə mənzil sahibi olacaq. Daha bir önəmli dəyişiklik ipoteka kreditlərində faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Adi ipotekada faizlərin 8-dən 6-ya, sosial ipotekada isə 4 fazidən 2-yə endiriləcəyi gözlənilir. Mərkəzi Bank rəhbərinin dediyinə görə ipoteka vəsaitləri qurumun krediti hesabına ayrılacaq və Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.
Diqqət çəkən məqamlardan biri də ipoteka krediti əldə etmək üçün tələb olunan əmək haqqı məbləğinin aşağı salınacağıdır. İpoteka kreditləşdirilməsinin həcmini artırmaq üçün Mərkəzi Bank əlavə vəsaitlərin cəlb olunması üzərində də işləyir. Bu prosesə sığorta şirkətlərinin cəlb olunması, tikinti əmanət bankının yaradılması və İpoteka Fondunun dövlət zəmanətli iqtiqrazlar buraxması ilə mümkün olacaq.