Bakının bir neçə yerində ekspress-testlər keçirilib
25 noyabr 2013 19:47 (UTC +04:00)

Bakının bir neçə yerində ekspress-testlər keçirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Avropanın əksər ölkələrində keçirilən “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” çərçivəsində Dövlət Neft Akademiyasında, “28 Mall” ticarət mərkəzində, Bakı avtovağzalında və “Odlar Yurdu” universitetində insanın immun çatışmazlığı virusuna ekspress-test müayinə aksiyası keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə yüzlərlə Bakı sakinlərinə və paytaxtın qonaqlarına 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb. Bu tədbirin məqsədi insan sağlamlığına fövqəladə təhlükə kəsb edən İnsanın İmmunçatışmazlığı Virusunun Azərbaycanda yayılmasının qarşısı alınması, əhalinin İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasıdır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qoşulduğu təşəbbüsün məqsədi İİV statusu müəyyən edən insanların sayını artırmaq, bu infeksiyanın gecikmiş diaqnostika hallarının azaldılmasıdır. İİV-ə müayinə olunmaq üçün Könüllü Müayinə və Məsləhət mərkəzlərinə müraciət edən hər bir şəxs ilə müayinədən əvvəl və sonra məsləhətləşmələr aparılır, İİV-infeksiyası və ondan qorunma haqqında məlumat verilir. Müayinə pulsuz, anonim və məxfidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar