Bakının 3 qəsəbəsinə pul ayrıldı
11 dekabr 2017 18:39 (UTC +04:00)

Bakının 3 qəsəbəsinə pul ayrıldı

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon (beş milyon səkkiz yüz otuz min) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələlərin həllini öz öhdəsinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar