Bakıda VIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir
10 oktyabr 2014 13:44 (UTC +04:00)

Bakıda VIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir

 

 

Bakı “Expo” Mərkəzində VIII Azərbaycan Beynəlxalq “Təhsil” və VIII Azərbaycan Beynəlxalq “Karyera” sərgilərinin açılış mərasimi keçirilib.


 

Lent.az-ın məlumatına görə, tədbirin açılışında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır. Təhsil müəssisələri ilə biznes sektoru, işəgötürənlər arasında sıx əlaqə qurulmalıdır: “İslahatların uğuruna yalnız hökumətin öhdəliyi kimi baxmaq lazım deyil. Burada hər birimizin, xüsusilə də işəgötürənlərin səyləri vacibdir. Bu sərginin genişlənməsi nəticəsində bizneslə təhsil sektoru arasında  əməkdaşlıq genişlənəcək və biz Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından yeni layihələrin həyata keçirilməsinin əsasını burada qoyuruq”.


Nazir müavini qeyd edib ki, təhsil və karyera sərgisi Azərbaycanda bu sahədə həyata keçirilən yeni layihələr, Azərbaycan təhsil sisteminin imkanları barədə geniş məlumat verir.

 

Qeyd edək ki, bu il “Təhsil” və “Karyera” sərgilərinə dünyanın 20 ölkəsindən 122 iştirakçı qatılıb. Eksponentlərin siyahısında Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Təfəkkür Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, “CELT” və ölkənin bir sıra digər təhsil müəssisələri var. Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də iştirak edir və onun stendində qarşıdan gələn illər üçün təhsil nazirliyinin plan və proqramları barədə məlumatlar nümayiş etdirilir. 8-ci “Təhsil” və “Karyera” sərgiləri oktyabrın 12-dək davam edəcək. “Karyera” sərgisinə giriş iş axtarışında olan hər kəs üçün, “Təhsil” sərgisi isə yalnız sənaye peşəkarları, tələbə və abituriyentlər, habelə 10 və 11-ci sinif şagirdləri və onların valideynləri üçün açıqdır.

 

# 543

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14