İyunun 13-də Bakıda müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksək olub.
Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev söyləyib.
İyunun 13-də Bakıda temperatur 32,6 dərəcəyə çatıb. İyunun 15-i və 16-da da temperaturun iqlim normasından 2-3 dərəcəyədək yüksək olacağı gözlənilir. Qarşıdakı iki gündə paytaxtda temperatur 34-36 dərəcə olacaq.
Qeyd edək ki, Bakıda iyun ayında maksimal temperatur 1996-cı ildə qeydə alınıb. Həmin vaxt Bakıda hərarət 40 dərəcəyə çatıb.