Bakıda daha bir küçədə hərəkət məhdudlaşıb. Nəqliyyatın İntelektual İdarə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsindən (Şamaxinka) Bakı-Sumqayıt şossesi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Asif Məhərrəmov küçəsindən istifadə etmələri tövsiyə olunur.