Bakıda məişət – təsərrüfat sistemində elektron xidmətlərin göstərilməsinə başlanılıb
25 dekabr 2013 01:43 (UTC +04:00)

Bakıda məişət – təsərrüfat sistemində elektron xidmətlərin göstərilməsinə başlanılıb

Binəqədi rayonunda sərəncama uyğun olaraq, ev təsərrüfatları, operativ məlumatlar, məsləhət-məşvərət, statistik hesabatlar altmodulları yaradılaraq elektron sistemdə istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar Avtomatlaşdırılmış İnformasiya Sisteminə inteqrasiya olunub.

 

Yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti rərəfindən sakinlərə elektron xidmətlərin göstərilməsinə başlanılıb. Artıq rayon sakinləri internet vasitəsilə arayışlar ala bilirlər. Gələcəkdə sakinlərə göstəriləcək elektron xidmətlərin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə də həyata keçirilməsi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548
avatar

Oxşar yazılar