Bakıda kommunistlərin sonuncu simvolu götürüldü
16 may 2013 16:14 (UTC +04:00)

Bakıda kommunistlərin sonuncu simvolu götürüldü

Paytaxtdakı “Bakı fəhləsi” heykəli götürülüb.


 

Şahidlərin APA-ya verdiyi məlumata görə, heykəl ötən gün qaldırıcı texnika vasitəsilə başqa yerə aparılıb. Abidənin hara aparıldığı məlum deyil. Şahidlər onu da bildiriblər ki, heykəl yeni inşasına başlanan Bakı Ağ Şəhər Ofis Binasının qarşısına düşdüyündən götürülüb.

 

Xətai Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, heykəl Dövlət Neft Şirkətinə aid olduğundan onlar tərəfindən götürülüb: “Bizdə olan məlumata görə, heykəl Nizami rayon ərazisinə aparılıb. Abidənin hara qoyulacağı haqda məlumatımız yoxdur”. 

 

APA-nın əldə etdiyi məlumata görə, heykəlin Nizami rayonu ərazisindəki neft müəssisələrindən birinin qarşısında qoyulacağı gözlənilir.

 

Qeyd edək ki, keçmiş Fəhlə, indiki Nobel prospektində “Bakı fəhləsi” heykəli SSRİ vaxtında qoyulub və paytaxtın tez-tez ziyarət olunan, qarşısında mərasimlər keçirilən abidəsi olub. Bir neçə il əvvəl isə heykəlin yeri prospektin kənarına dəyişdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar