İnsan alverinin qurbanları üçün xeyriyyə konserti keçirilib
07 avqust 2014 19:51 (UTC +04:00)

İnsan alverinin qurbanları üçün xeyriyyə konserti keçirilib

Bu gün “Təmiz dünya” Qadınlara Yardım və “XXI Əsrin Qadınları” İctimai Birlikləri birgə xeyriyyə konserti təşkil ediblər. Lent.az-ın məlumatına görə, İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə və İnsan alveri qurbanlarının anım gününə həsr olunmuş xeyriyyə konsertində ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, tanınmış müğənnilər və media işçiləri iştirak edib.

Tədbirin rəsmi hissəsində konsertin təşkilatçılarından olan “Təmiz dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd insan alverçilərinin qurbanlarına yardım etməkdir: “Son günlər prezidentimizin tərəfindən İnsan Alverinə Qarşı Mübarizəylə bağlı yeni fəaliyyət planı imzalayıb. 30 iyul İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü və 23 avqust isə BMT və ABŞ tərəfindən insan alveri qurbanlarının anım günüdür. Bu məqsədlə biz də o insanlara yardım etmək, İnsan Alveri Qurbanlarına Kömək Fonduna dəstək olmaq üçün bu tədbiri təşkil etdik. Azərbaycan cəmiyyəti xeyriyyəçilik tədbirlərinə o qədər də meyilli deyillər. Müəyyən bir insanlar var ki, xeyriyyəçilik edirlər. Biz çalışdıq onları bir araya toplayaq və topladıq. Sonda şəffaflığı təmin etmək üçün toplanan məbləğ ictimaiyyət qarşısında açıqlanacaq. Prosesin sonrakı mərhələləri də davamlı mətbuata açıqlanacaq ki, hər kəs bilsin nə qədər insanın bu puldan yaralanıb. Müğənniləri dəvət etdik, məmnuniyyətlə qəbul etdilər, bizə qoşuldular. Hər kəsə təşəkkür edirəm”.

Daha sonra çıxış edən “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, ATƏT-in Bakı layihə koordinatorunun siyasi və hərbi layihə rəhbəri Təranə Bağırova, Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Sərhan Ağtopraq, DİN-nin polis polkovniki leytenantı Samir Qarayev və digərləri vu cür tədbirlərin keçirilməsini müsbət hal kimi qiymətləndiriblər. Onların bildiriblər ki, insan alverinin qurbanlarının daim köməyə ehtiyacı var. Bu yolda adıçəkilən təşkilatlardan başqa digərlərinin də fəal olmağa çağırıblar.

Tədbirin bədii hissədində isə əməkdar artistlər Elza Seyidcahan və Lalə Məmmədova, muğam ifaçısı Əlyar Məmmədov, Şəhla Həmodova, Şaiq ibayev şən vətənpərvər ruhda mahnılar oxuyublar.  Konsertdə “Ay işığı” rəqs qrupu da iştirak edib. Konserti Ağalar Bayramov idarə edib.  Xeyriyyə konsertində əməyi keçən hər kəsə diplom verilib.

Sonda A. Bayramov toplanan ümumi məbləğ açıqlanıb. 3 saatlıq konsertdən 2610 manat pul əldə olunub. Toplanmış vəsait DİN-nin İnsan Alveri Qurbanlarına Kömək Fonduna köçürüləcək.

 

Qeyd edək ki, xeyriyyə konsertin informasiya dəstəkçisi Lent.az-dır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar