[b]Bakıda dumanlı hava nə vaxtacan davam edəcək?[/b]
15 aprel 2019 12:00 (UTC +04:00)

[b]Bakıda dumanlı hava nə vaxtacan davam edəcək?[/b]

“Gün ərazisində paytaxtda duman müşahidə olunacaq, arabir çəkilərək yenidən sıxlaşacaq”.
 
Bunu ONA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
 
O bildirib ki, aprelin 16-da gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi ərazilərində zəif duman olunacağı istisna olunmur.
 
Gülşad Məmmədova deyib ki, hazırda ərazidə cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunur: “Günorta saatlarında temperatur 13-18 dərəcə arasında dəyişəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar