II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən mədəni tədbirlər sırasında "Dünyanın Musiqi Filmləri Turu" da yer alıb. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dünya xalqlarının etnik və ənənəvi musiqisinə həsr olunmuş filmlər Azərbaycanla yanaşı, Almaniya, İspaniya, Fransa, Hindistan, Bolqarıstan, Əfqanıstan və başqa ölkələrdə çəkilib. Film nümayişlərinə adı çəkilən ölkələrin kino və musiqi ustalarının birgə məhsulu olan audiovizual əsərlər daxil edilib.
Şəhər sakinləri iyunun 1-dək Dənizkənarı Milli Parkda qurulmuş böyük ekranda Azərbaycan muğamı və bir çox başqa xalqların folklor musiqisi nümunələri ilə tanış ola bilərlər.
Bakıda folklor musiqisi nümunələri...
471