Bakıda daha bir yol yenidən qurulub
04 iyun 2013 10:38 (UTC +04:00)

Bakıda daha bir yol yenidən qurulub

Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Maştağa-Buzovna hissəsinin 5 km-lik sahəsində işlər başa çatdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Zabrat - Maştağa - Buzovna avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Ümumi uzunluğu 14 km olan  yolun Maştağa - Buzovna hissəsinin  5 km-lik sahəsində işlər başa çatdırılıb. Hazırda yolun qalan hissəsində asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Yolun yaxın aylarda istismara verilməsi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178
avatar

Nizam Rza

Oxşar yazılar