![[b]Bakıda daha bir marşrut "BakıKart"a keçdi [/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Bakıda daha bir marşrut "BakıKart"a keçdi [/b]
Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Lent.az-a verdiyi məlumata görə, iyulun 14-dən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.
Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür.
Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur.
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04