Bakıda Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayır
03 aprel 2019 11:57 (UTC +04:00)

Bakıda Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayır

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (“AITF 2019”) işə başlayacaq. ONA-nın məlumatına görə, bu barədə bu gün sözügedən sərgiyə həsr olunmuş mətbuat konfransında bildirilib.
 
“AITF 2019” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək.
 
Bu il sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri və sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edəcə. Ənənəvi olaraq, Belarus, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış edəcəklər. Roqaşki Slatina (Sloveniya) regional stendlə təmsil olunacaq.
 
Sərgidə Azərbaycanın stendi də təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.
 
Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və Sağlamlıq Turizmi” sektoru da ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim ediləcək.
 
Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən B2B formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq və burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır  - FAKTİKİ HAVA

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL

Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL

3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin  olacaq: Qızıldan dağlar  kimə vəd edilir?

Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?

3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyul 2025 , 08:15
Bu üç ayda  doğulmusunuzsa... iyul ayı çox uğurlu  olacaq

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq

3 iyul 2025 , 00:02
Artıq bu həftə:  Parlaq romantik dövr yaşayacaq  3 BÜRC

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC

2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 iyul 2025 , 18:17