Bayram günündə 4 nəfər dəm qazından zəhərlənib.
Bunu Lent.az-a Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Azər Maqsudov bildirib ki, bayram günlərində dərmanlarla bağlı müraciətlər də olub: "2 nəfərdə dərmanlarla bağlı allergik reaksiya verib, 1 nəfərdə isə dərman zəhərlənməsi olub”.
Baş toksiokoloq qeyd edib ki, zəhərlənmələr zamanı ölüm olmayıb.