“Son sutka ərzində Bakıda 9 avtoqəza baş verib”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Baş həkimin müavini qeyd edib ki, baş vermiş qəzalar nəticəsində 12 nəfər yaralanıb: “Qəzalar zamanı ölən olmayıb. Yaralılar isə xəstəxanalara yerləşdiririlib”.
O. Şahmalıyev onu da bildirib ki, son sutka ərzində paytaxtda günvurma və sudaboğulma halları ilə bağlı təcili tibbi yardıma müraciət olunmayıb.