
Bakıda ağacın dibini betonlayan CƏZALANDI
Ağacın dibini betonlayan şəxs cəzalanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib.
Əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.
Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.
Oxşar yazılar

"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03