Bakıda  müəllimlərin sayı azalır
30 aprel 2013 17:29 (UTC +04:00)

Bakıda müəllimlərin sayı azalır

0

Bakı məktəblərində 30 min 279 müəllim işləyir. Bunu Lent. az-a açıqlamasında Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib. O qeyd edib ki, onlardan 27 min 502-si qadın, 2 min 777 nəfəri isə kişidir: “Bu rəqəm 2006-2007-ci tədris ilində 33 min 689, 2007-2008-ci tədris ilində 33 min 491, 2008-2009-cu tədris ilində 33 min 56, 2010-2011-ci il tədris ilində 32 min 302, 2011-2012-ci tədris ilində isə 30 min 379 nəfər olub”.

 

İdarə rəsmisi vurğulayıb ki, son illər ərzində Bakı şəhərinin 53 müəllimi “Tərəqqi” medalı, 97 pedaqoq isə “əməkdar müəllim” fəxri adına layiq görülüb:  “BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə çalışan 233 müəllim müsabiqə qalib gəlib ”.

 

Z. Əliqızı onu da vurğulayıb ki, Bakı şəhəri üzrə son 6 il ərzində idmançılarımız 902 qızıl, 783 gümüş, 794 bürünc olmaqla ümumilikdə, 2479 medal qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1255

Oxşar yazılar