Bakıda 600 metr uzunluğunda yeni körpü tikilib
16 may 2013 10:36 (UTC +04:00)

Bakıda 600 metr uzunluğunda yeni körpü tikilib

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yolötürücüsünün tikintisi ilə bağlı məlumat yayıb. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayında başlanılan yol ötürücüsünün uzunluğu 600 m, eni 28,5 m, yanaşma yolları 272 m, aşırım hissəsinin uzunluğu isə 328 m təşkil edir. 3 gediş, üç gəliş olmaqla 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolötürücüsü 10 aşırımdan ibarətdir. Ümumilikdə işlərin 90 faizi yerinə yetirilib.

 

Yanaşma yolları istisna olmaqla, yolötürücüsündə tikinti işlərinin yaxın  1-2 ay ərzində başa çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2137
avatar

Nizam Rza

Oxşar yazılar