Bakı zooparkına nadir heyvanlar gətiriləcək
29 yanvar 2013 12:53 (UTC +04:00)

Bakı zooparkına nadir heyvanlar gətiriləcək

Bakı Zooparkına yeni heyvan növləri gətiriləcək. Bu barədə Lent.az-a Zooparkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, yaxın günlərdə zooparka Gürcüstan və Çexiyadan yeni lama, manqus, zebra gətiriləcək. Bununla əlaqədar olaraq, artıq həmin ölkələrlə danışıqlar başlayıb: “Heyvanlar həmişə olduğu kimi mübadilə əsasında gətiriləcək. Biz öz növbəmizdə heyvanları aldığımız ölkəyə soltan toyuğu, qafqaz maralı verəcəyik”.

 

 

Azər Hüseynov bildirib ki, 1200-ə qədər müxtəlif heyvan - sürünən, quş olan zooparka yay aylarında gətirilən heyvanlar artıq buranın təbiətinə tam uyğunlaşıb: “Bilirsiniz ki, yay aylarında nadir heyvanlar gətirmişdik. Bunlar alpaka, ağ kenquru, Nil qazı, mandarin və karalin ördəkləridir. Çox az sayda zooparkda rast gəlinən ağ kenquru artıq bala verib. 10 gündür ki, anasının kisəsindədir. Hazırda diqqətimizi həmin heyvana yönəltmişik ki, heç bir problem olmasın”.

 


Zoopark rəhbəri onu da bildirib ki, şaxtalı hava şəraitinə əvvəlcədən hazırlaşıblar: “Zooparkımızda hazırda yem və istilik təchizatı baxımından problem yoxdur. Heyvanlar üçün yonca, ot, digər lazım olan qida  almışıq. Dənli bitkilərdən arpa, buğda və qarğıdalı tədarükü görülüb”.

 

http://www.youtube.com/watch?v=vdg9gkmWsEA

# 2618

Oxşar yazılar