Bakı yollarında tıxac belə yaranır
18 mart 2013 17:26 (UTC +04:00)

Bakı yollarında tıxac belə yaranır

Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri də avtomobillərin düzgün parklanmamasıdır. “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, avtomobillərin düzgün saxlanılmaması hallarına Sabunçu qovşağı-Zabrat dairəsi yolunda tez-tez rast gəlinir. Bəzi məsuliyyətsiz sürücülərin yolun hərəkət zolaqlarında nəqliyyat vasitəsini saxlaması əsasən günün səhər və axşam saatlarında nəqliyyat sıxlığına və tıxaca səbəb olur.

 

Qeyd edək ki, Sabunçu qovşağı-Zabrat yolu əsaslı təmirdən sonra yeni istifadəyə verilib. Hazırda Zabrat dairəsindən Maştağa qəsəbəsinə gedən yolda təmir işləri yekunlaşmaq üzrədir və yolun Buzovnayadək olan hissəsində də işlərə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar