Bakı metrosunun yeni vaqonları geri qaytarıldı
12 iyun 2013 12:18 (UTC +04:00)

Bakı metrosunun yeni vaqonları geri qaytarıldı

Bakı Metropoliteni "Oka" markalı 5 vaqonu sınaqdan keçirdikdən sonra "Transmaşholdinq"ə geri göndərib. Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə bildirib. Onun sözlərinə görə, vaqonların sınaqdan keçirilməsi prosesi başa çatıb və onlar artıq istehsalçıya geri göndərilib: “Bu markalı vaqonların alınmasına dair yekun qərar sonra qəbul edəcək”.

 

Qeyd edək ki, yanvardan etibarən Bakı Metropoliteni 81-760/761 seriyalı 5 vaqonun sınaqdan keçirilməsi prosesinə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1825
avatar

Oxşar yazılar