“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb. Lent.az-ın modern.az saytına istinadən məlumatına görə, Bakı Metropoliteninin rəis müavini Rizvan Fərmayıl oğlu Bayramov tutduğu vəzifədən azad edilərək, aşağı posta – xidmət rəisi vəzifəsinə təyin edilib.
Məlumatı “Bakı Metropoliteni" QSC-dən təsdiqləyiblər. Bildirilib ki, Rizvan Bayramov bundan sonra Bakı Metropolitenində tunel qurğuları xidmətinin rəsi vəzifəsini icra edəcək. İndiyədək bu xidmətin rəisi postunu tutan Natiq Mustafayev isə rəis müavini vəzifəsinə endirilib.
Qeyd edək ki, eks rəis Tağı Əhmədovun dövründə inşaat işləri üzrə rəis müavini vəzifəsinə yüksələn Rizvan Bayramov Bakı metropolitenində əmək fəaliyyətinə 1998-ci ildə başlayıb. 2004-2012-ci illərdə Bakı metropoliteninin tunel qurguları xidmətinin rəisi vəzifəsində çalışıb. 2013-cü il yanvarın 1-dən Bakı Metropoliteni rəisinin müavini vəzifəsinə təyin edilmişdi.

Bakı Metropolitenində kadr dəyişikliyi
Oxşar yazılar

Ana dili məktəblərdə necə tədris olunur? – ARAŞDIRMA
6 may 2025 , 10:56
Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
6 may 2025 , 09:46
Yağışlı havalar nə vaxtadək davam edəcək?
6 may 2025 , 09:43
May 4 BÜRC üçün həlledici olacaq: seçilmişlər arasında kim var?
6 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
6 may 2025 , 08:18
Dörd BÜRCÜN karyeralarında elə sıçrayış olacaq ki...
6 may 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
5 may 2025 , 21:00