Bakı Dairəvi-1 avtomobil yolu təmir olunur
Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır. Bu barədə Lent.az-a AAYDA-dan bildirilib.
Məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.
İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur.
Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.
893