Bakıda 3 məktəbin fəaliyyəti dayandırılıb
17 noyabr 2014 15:33 (UTC +04:00)

Bakıda 3 məktəbin fəaliyyəti dayandırılıb

 

Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə 152, 172, 88 saylı məktəblərin fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda bildirilib.

 

Şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib. Binalarında əsaslı təmir-tikinti işləri aparılan digər təhsil müəssisələri isə bu məktəblərin binalarında yerləşdirilib.

 

189, 190 saylı məktəblər və 5, 292 saylı məktəblər isə ərazi baxımından yaxın yerləşməsi və birində nəzərdə tutulduğundan artıq, digərində isə az şagird təhsil aldığı üçün şagird sayının balanslaşdırılması, idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması üçün birləşdirilib.

 

Cari tədris ilində anoloji tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Hazırda idarənin tabeliyində 300 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb olmaqla, cəmi 314 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 339 min 771 şagirdin təlim-tərbiyəsi ilə 28068 müəllim məşğul olur.

 

Ötən tədris ilində Bakı şəhərində 65 məktəbdə cari təmir, 28 məktəbdə əsaslı təmir və tikinti işləri aparılıb. Eyni zamanda, 13 məktəbdə digər tikinti (korpus, idman, akt zalı, yeməkxana) işləri həyata keçirilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4444
avatar

Oxşar yazılar