Bakı Ali Neft Məktəbinin rektoru Norveçdə olub
23 may 2013 11:47 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin rektoru Norveçdə olub

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və  prorektoru Ramiz Hümbətov Norveçdən səfərdən qayıdıblar.  Bu barədə Lent. az-a  məktəbdən məlumat verilib.

Səfərin məqsədi Bakı Ali Neft Məktəbi ilə Stavanger Universiteti və Trondheymdə fəaliyyət göstərən Norveç  Elm və Texnologiya Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması olub.

Onlar “Statoyl” şirkətinin ofisində hasilata nəzarət mərkəzinin işi ilə tanış olub, şirkətin başqa universitetlərlə əlaqələri haqqında məlumatlar əldə ediblər.

 

Norveç  Elm və Texnologiya Universitetinin rektoru Torbyorn Digerneslə əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma magistr hazırlığı proqramının birgə həyata keçirilməsi, BANM-in müəllimlərinin bu universitetdə təcrübə keçməsi, BANM üçün doktoranturada mütəxəssis hazırlığı, birgə elmi tədqiqatların aparılması nəzərdə tutulub.

Ezamiyyət zamanı həm də Norveç  Elm və Texnologiya Universitetində magistraturada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib, onlara ARDNŞ-nin inkişaf strategiyası və mütəxəssis hazırlığı perspektivləri haqqında ətraflı məlumat verilib.

 

ANAR MƏCİDZADƏ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar