Bakı–Biləcəri sahəsində əsaslı təmir başa çatır
03 avqust 2013 09:00 (UTC +04:00)

Bakı–Biləcəri sahəsində əsaslı təmir başa çatır

 

 

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün Biləcəri stansiyasında 1100 metr yolun əsaslı təmirinə başlanılacaq və iki gün davam edəcək.

 

Bununla da  dəmir yolunun Bakı – Biləcəri  sahəsində iyulun 13-də startı verilmiş 9 kilometr yolun əsaslı təmiri başa çatacaq.

 

Qeyd edək ki, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə  10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verildiyini,  bu günə kimi 262,6 kilometr yolun əsaslı təmir olunduğunu, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsinin başa çatdığını bildirib.  İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik  istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin  təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar