Aztəminatlı təbəqəyə xoş xəbər
01 avqust 2013 13:58 (UTC +04:00)

Aztəminatlı təbəqəyə xoş xəbər

Ünvanlı sosial yardım üçün tələb olunan sənədlərin sayı minimuma endirilir

 

 

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemində mütəmadi təkmilləşdirmələr aparılıb,  yardım üçün tələb olunan sənədlərin sayı xeyli azaldılıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan təmsil etdikləri ailənin tərkibi və gəlirləri barədə məlumatların təqdim edilməsi üçün ümumilikdə 5 sənəd tələb olunur.

Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır. Nazirlik ünvanlı sosial yardım üçün  tələb olunan sənədlərin sayını da azaltmaq niyyətindədir.

Bununla bağlı olaraq, vətəndaşların ünvanlı sosial yardım almaq hüququna baxılması üçün onlara dair müvafiq məlumatların aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarından əldə olunması işlərinə başlanıb və artıq Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin  informasiya ehtiyatlarından istifadə reallaşıb. Digər müvafiq qurumların, o cümlədən, Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun da informasiya ehtiyatlarından istifadənin təmin olunması işləri yaxın günlərdə başa çatdırılacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2542
avatar

Oxşar yazılar