“Yüz ilə yaxındır ki, dəb öz sözünü deyib. Amma stil yerində qalır. Əgər biz on doqquzuncu əsrdən danışırıqsa, hamı bilir ki, hansı paltarlardan söhbət gedir. Hal-hazırda 60-ci illərin dəbi geri qayıdır”. Bunu Lent.az-a açıqlamasnda modelyer Leyla Əhmədova deyib.
Leyla xanım bu payız 60-cı illərin stilinin geri qayıtdığını deyir.
“Qarşıdan gələn payız mövsümündə o illərin dəbi olan böyük çiyinli pencəklər, nazik yaxalar, böyük bədən geyimlərin bu il də dəbdə olacaq. Sarı rəngin bütün çalarları bu ilin rəngidi. Ona bəzi rənglər qatılır; moruğu, şaftalı, qəhvəyi, bej. Sarıdan sonra ən dəbli rəng moruğudu. Daha sonra yaşılın da adını çəkə bilərik. Dodaq boyalarında məsləhətli rəng moruğudu. Sarı rəngdən makiyajda, aksessuarlarda da istifadə etmək olar. Məsələn, moruğu bir pencəyin üstündə sarı balaca gül. Bu payız orta ölçülü çantalar gəzdirmək daha məqsədəuyğundur. Platforma ayaqqabılar artıq dəbdə deyil. Biz buna xanımlarımıza qadağan edə bilmərik. Lakin xanımlarımız dəbli geyinmək istəyirlərsə, onlara məsləhət edə bilərik ki, yeni ayaqqabı seçərkən platformalardan qaçsınlar. Dabanın hündür və ya alçaq olmağından asılı olmayaraq nazik dabanlı, nazik burunlu, yəni klassikaya uyğun ayaqqabılar dəbdə olacaq”.