Azərbaycanlı gənclər birlik yaradırlar
17 aprel 2013 12:17 (UTC +04:00)

Azərbaycanlı gənclər birlik yaradırlar

Aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagendə yaradılmış “Azərbaycan Evi”ndə “Vətən” Cəmiyyəti Gənclər Təşkilatı İdarə Heyətinin növbəti yığıncağı keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, tədbirdə görüləcək işlər ilə bağlı müzakirələr aparılıb.

 

Toplantıda çıxış edən “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi Skandinaviya Azərbaycan Gənclərinin Birliyini  yaratmağı təklif edib. Səfər Sadiqi deyib ki, bu birliyin təsis olunması Skandinaviya ölkələrində yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin daha da sıx olmasına zəmin yaradacaq. Cəmiyyət sədrinin təklifi məqsədəuyğun sayılıb və ideyanın həyata keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.  “Vətən” Cəmiyyəti Gənclər Təşkilatı İdarə Heyətinin yığıncağında yaxın aylarda Danimarka universitetlərinin birində “Azərbaycanın  bu günü və sabahı” mövzusunda seminarın keçirilməsi məsələsi də müzakirə olunub.

 

Qeyd edək ki,  tədbirdə uzun müddətdir İsveçdə fəaliyyət göstərən  “Xəzər” Cəmiyyətinin sədri leyla Kiani də iştirak edib. O, İsveçdə fəaliyyət göstərən "Gənclər təşkilatı” barədə məlumat verib, onların təcrübəsindən danışıb. Toplantıya Azərbaycan filminin nümayişi ilə yekun vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar