Azərbaycanlı alimə Qazaxıstan Təhsil Nazirliyinin sertifikatı verilib
28 oktyabr 2013 17:12 (UTC +04:00)

Azərbaycanlı alimə Qazaxıstan Təhsil Nazirliyinin sertifikatı verilib

Qazaxıstanın Almatı şəhərində Qazaxıstanın Elm və Təhsil Nazirliyi və Abay adına Qazaxıstan Pedaqoji Universiteti ilə birlikdə “Qazaxıstanın xarici Şərq ölkələri ilə tarixi-mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi-əməli konfrans keçirilib. Lent.az-ın məlumatına görə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq məsələlər üzrə direktorunun müşaviri, “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Vaqif Arzumanlı bu konfransda “ Qazaxıstan ədəbiyyatının Şərq ölkələrində yayılma arealı” və “Qazaxıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Oljas Süleymenovun rolu” adlı iki məruzə ilə çıxış edib. Birinci məruzə konfransın plenar iclasında, ikinci məruzə isə elmi bölmədə təqdim olunub, konfrans iştirakçıları tərəfindən maraq və diqqətlə qarşılanıb.

Konfransda fəal iştirakına görə professor V. Arzumanlıya Qazaxıstan Elm və Təhsil Nazirliyinin sertifikatı təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar