Azərbaycanlı “maqnit adam”ı Almaniyaya çağırdılar
05 iyul 2013 14:27 (UTC +04:00)

Azərbaycanlı “maqnit adam”ı Almaniyaya çağırdılar

Borçalı sakini, maqnit adam Etibar Budaqlı Almaniyaya dəvət alıb.

 

Bu barədə APA-nın Gürcüstan bürosuna maqnit adamın meneceri Şota Keldişvili məlumat verib.

 

Onun sözlərinə görə, avqust ayında Almaniyanın Bremen şəhərində “Super-Talant” şousu keçiriləcək və bu tədbirə Etibar Budaqlı da dəvət olunub: “Bu tədbir Ginnesin Rekordlar Kitabının tədbirlərindən də yüksək bir tədbirdir. Bu tədbirdə dünyanın bir çox ölkələrindən nümayəndələr də iştirak edəcək. Məqsədimiz yenə əvvəlki kimi maqnit nömrələri göstərmək və lazım gələrsə, Etibar Budaqlının bədənində olan bioenerjini də nümayiş etdirməkdir. Düşünürəm ki, keçən il Ginnesin Rekordlar Kitabına düşən və İtaliyada “Ginnesin Rekordlar Kitabı” medalına layiq görülən, Gürcüstanda isə “İlin rekordçusu” elan edilən Etibar Budaqlı yenə uğurlar əldə edəcək”.

 

Xatırladaq ki, bədənində bioenerji olan E.Budaqlı 50 qaşığı əl vurmadan sinəsində saxlaya bilir. E.Budaqlı  indiyədək Marneulidə və Tiflisdə keçirilən şoularda sinəsində 106 kq, 147 kq və daha çox yük saxlayıb və “maqnit adam” təxəllüsü qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409
avatar

Oxşar yazılar