Aprelin 14-dən 17-dək Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti də bu ölkədə səfərdə olacaq.
Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, atıcı silahları, zirehli texnikaları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.