Azərbaycandan Suriyaya kimlər yardım edib? - ADLAR
10 may 2013 14:25 (UTC +04:00)

Azərbaycandan Suriyaya kimlər yardım edib? - ADLAR

 

Neçə vaxtdır ki, “Azərbaycan Qızıl Aypara” cəmiyyəti "Suriya Qaçqınlarına Yardımınızı Əsirgəməyin" adı altında kampaniyaya başlayıb. Lent.az-ın cəmiyyətin rəsmi saytına istinadən verdiyi məlumata görə, kampaniyaya ayrı-ayrı insanlar, təşkilatlar və millət vəkilləri də qoşulub.

Məlumata görə, aprel ayı üzrə qədər yığılan məbləğ 6803.5 manatdır. Maksimum yardımın məbləği 1465 manat (Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu) olduğu halda minimum yardımın məbləği 5 manatdır.

 

Yardım edənlərin arasında maraqlı adlara rast gəldik. Belə ki, Xarici Dillər Universiteti, Aypara Humanitar Fondu, Azərbaycan Respublikasının Milli Məclisi, millət vəkili, Az. QAC prezidenti Novruz Aslanov, millət vəkilləri Mahir Aslanov, Adil Əliyev, Qüdrət Həsənquliyev, Ərəstun Cavadov, Tahir Süleymanov və başqaları.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar