Yaxın günlərdə internet media məkanına yeni ad əlavə olunacaq: arqument.az saytı fəaliyyətə başlayır. Lent.az-ın məlumatına görə, sayt ölkədə və dünyada baş verən hadisələri operativ olaraq oxucuların diqqətinə çatdıracaq. Saytda ölkənin tanınmış simalarının yazılarını izləyə biləcəksiniz.
Arqument.az-a jurnalist-yazar Şəmşad Ağa rəhbərlik edəcək.
Qeyd edək ki, Şəmşad Ağa bundan əvvəl qaynar.info saytının baş redaktoru olub.