Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla bağlı müvafiq işlər aparılmaqdadır.
Artıq Agentliyin Əsasnaməsinin layihəsi hazırlanıb və aidiyyatı təşkilatların rəyləri nəzərə alınmaqla yenidən işlənərək Nazirlər Kabinetinə təqdim edilib.