Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı açıqlanıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 1 mart tarixinədək ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 519 min 986-ya çatıb.
Bunların da 1 milyon 501 min 467-i əhali, 18 min 519-u isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 672 min 11-i Bakı şəhəri (662 min 313 əhali, 9 min 698 qeyri-əhali abonenti), 847 min 975-i isə regionların (839 min 154 əhali, 8 min 821 qeyri-əhali abonenti) payına düşür. Ümumilikdə 1 milyon 519 min 813 abonent (99,99 faiz) sayğaclaşdırılıb. Bunun da 1 milyon 501 min 294-ü əhali (99,99 faiz), 18 min 519-u qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, Bakı şəhəri üzrə 662197 əhali abonenti (99,98 faiz), 9698 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 839097 əhali abonenti (99,99 faiz) və 8821 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 671895 abonent (100 faiz), regionlar üzrə isə 847918 abonent (100 faiz) sayğaclaşdırılıb.
Əhali abonentlərinin mənzillərində təxminən 674 min “smart-kart” tipli sayğac quraşdırılıb.